Ucnoqta.az
www.ucnoqta.az

Mingəçevirdə minik maşını yanıb

17:47 - 15 Dekabr 2025 tarixində dərc olunub.

Mingəçevirdə minik maşını yanıb.

Ucnoqta.az xəbər verir ki, yanğın hadisəsi şəhər ərazisində baş verib.

Belə ki, hərəkətdə olan "VAZ"21099 markalı avtomobil anidən alovlanması başlayıb. Alov qısa müddətdə yayılaraq avtomobilin tamamilə yanmasına səbəb olub.

Yanğın baş verən əraziyə FHN-nin yanğınsöndürən əməkdaşları cəlb olunub. Yanğınsöndürən əməkdaşları yanğını söndürərək ətrafdakı maşınlara keçməsinin qarşısını alıb.

Faktla bağlı araşdırma başlanıb

Müəllif: Ucnoqta.az redaksiyası