Ucnoqta.az
www.ucnoqta.az

General-mayor yüksək vəzifəyə TƏYİN OLUNDU

11:37 - 13 Dekabr 2025 tarixində dərc olunub.

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyinat olub.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə müvafiq Əmr imzalanıb.

Əmrə əsasən, general-mayor Elmir İbrahimov Baş Hərbi İnspeksiyanın rəisi təyin edilib.

Qeyd edək ki, həmin vəzifədə əvvəlki rəis general-leytenenat Zakir Ağayev idi. O, ötən il təqaüdə göndərilib.

Yeni rəis Elmir İbrahimov isə əvvəllər Daxili Qoşunların N saylı hərbi hissəsinin komandiri olub. Daha sonra Müdafiə Nazirliyində xidmətini davam etdirib. General Birinci və İkinci Qarabağ müharibəsi işitirakçısıdır. Vətən müharibəsinə xüsusi təyinatlı komandir kimi qatılıb.

Müəllif: Ucnoqta.az redaksiyası