Ucnoqta.az
www.ucnoqta.az

MEDİA kollektivi Heydər Əliyevin məzarını ziyarət edib

15:42 - 12 Dekabr 2025 tarixində dərc olunub.

Dekabrın 12-də Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və AZƏRTAC-ın rəhbərliyi və kollektivi Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabana gələrək, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Müəllif: Ucnoqta.az redaksiyası