Ucnoqta.az
www.ucnoqta.az

Nikah və boşanma sayı azalıb

13:19 - 12 Dekabr 2025 tarixində dərc olunub.

Bu ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 40739 nikah və 17254 boşanma halları qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,9-dan 4,8-ə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.

Müəllif: Ucnoqta.az redaksiyası