Ucnoqta.az
www.ucnoqta.az

Sabirabadda Heydər Əliyevin abidəsi ziyarət edilib

11:56 - 12 Dekabr 2025 tarixində dərc olunub.

12 dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günüdür.

Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, təhsil işçiləri 12 dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Sabirabad şəhərinin mərkəzi meydanında ucalan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Müəllif: Ucnoqta.az redaksiyası