Moskvanın üç hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rosaviatsia özünün Telegram kanalında məlumat verib. Bildirilir ki, Moskvanın Vnukovo, Domodedovo və Jukovski hava limanlarında təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Agentlik qeyd edib ki, məhdudiyyətlər uçuş təhlükəsizliyini təmin etmək üçün zəruridir.