Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-da daşqınlar səbəbindən təxliyələr başlayıb

15:26 - 11 Dekabr 2025 tarixində dərc olunub.

Vaşinqton ştatının şimal-qərbindəki bəzi sakinlərə leysan yağışların yaratdığı şiddətli daşqınlar səbəbindən təxliyə əmri verilib.

Ucnoqta.az bildirir ki, bu barədə qubernator Bob Ferqyuson məlumat verib.

Qubernator neçə sakinin dərhal evlərini tərk etməli olduğunu açıqlamayıb.

Məlumata görə, Skagit dairəsində 130 mindən çox insan yaşayır. Əvvəllər Vaşinqtondakı təxliyələrin 100 min insana təsir göstərə biləcəyi bildirilirdi.

Müəllif: Ucnoqta.az redaksiyası