Ucnoqta.az
www.ucnoqta.az

Bakıda neft quyusunda yanğın

10:19 - 11 Dekabr 2025 tarixində dərc olunub.

Bakıda neft quyusu yaxınlığında yanğın olub.

Bu barədə Ucnoqta.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Suraxanı rayonunda 1 ədəd elektrik lövhəsi və 1 paq.m kabel yanıb. Yaxınlıqdakı neft quyusu yanğından mühafizə olunub.

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası