Ucnoqta.az
www.ucnoqta.az

Yaponiya və ABŞ Amerika hərbi təlimlər keçiriblər

08:15 - 11 Dekabr 2025 tarixində dərc olunub.

Vaşinqton və Tokio iki Amerika B-52 bombardmançı təyyarəsinin iştirakı ilə birgə təlimlər keçiriblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Özünümüdafiə Qüvvələrinin Birgə Qərargah Rəislərinin bəyanatında bildirilib.

Manevrlər Yapon dənizi üzərində keçirilib. Yaponiya üç F-35 və üç F-15 qırıcı təyyarəsi yerləşdirib.

Təlimlərin məqsədi status-kvonu güc yolu ilə dəyişdirməmək üçün qəti öhdəlik və Yaponiya-ABŞ ittifaqının çəkindirmə və cavab vermə qabiliyyətlərini daha da gücləndirməyə hazırlıq nümayiş etdirmək olub.

Müəllif: Ucnoqta.az redaksiyası