Ucnoqta.az
www.ucnoqta.az

Tailand hərbçiləri arasında ölənlərin sayı artıb

07:44 - 11 Dekabr 2025 tarixində dərc olunub.

Kamboca ilə sərhəddə baş verən döyüşlər zamanı Tailand hərbçiləri arasında ölənlərin sayı səkkizə çatıb.

Ucnoqta.az xəbər verir ki, Khaosod qəzeti bu barədə Tailand Silahlı Qüvvələri Komandanlığına istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, 22 yaşlı əsgər Kamboca mərmisindən həlak olub.

Tailand-Kamboca sərhədində 7 dekabrda kiçik silahlı toqquşmalar başlayıb.

Müəllif: Ucnoqta.az redaksiyası