Ucnoqta.az
www.ucnoqta.az

İlk dəfə müdafiə xərclərinə 2 milyard avrodan çox vəsait ayıracaq

15:36 - 10 Dekabr 2025 tarixində dərc olunub.

Latviya hakimiyyəti 2026-cı ildə müdafiə xərclərinə 2 milyard avrodan çox vəsait ayıracaq.

Ucnoqta.az xəbər verir ki, müdafiə naziri Andris Spruds bildirib ki, bu məbləğ ölkə tarixində rekord olacaq.

Spruds bildirib ki, bu, ÜDM-in 4,91%-ni təşkil edir. O əlavə edib ki, Latviya hakimiyyəti ilk dəfə müdafiə üçün 2 milyard avro ayırır. 

Nəşrin məlumatına görə, Latviya hakimiyyəti ayrılan büdcənin təxminən 53%-ni hərbi imkanların inkişafına xərcləməyi planlaşdırır. Qalan vəsaitin hərbi texniki xidmətə və infrastruktura xərclənəcəyi bildirilir.

Müəllif: Ucnoqta.az redaksiyası