Ucnoqta.az
www.ucnoqta.az

Şagirdlərin zəhərlənməsinə səbəb olan dönərxananın sahibindən AÇIQLAMA

14:48 - 10 Dekabr 2025 tarixində dərc olunub.

Səkkiz şagirdin zəhərləndiyi "Nur" dönərxanasının sahibi Elnur Nəbiyev zəhərlənmə faktına münasibət bildirib.

Ucnoqta.az xəbər verir ki, E.Nəbiyev "Teleqraf"a açıqlamasında iddia edib ki, şagirdlər dönəri aldıqdan sonra saxlanma qaydasını pozublar.

"Beş ildir, burada fəaliyyət göstərirəm, heç bir zəhərlənmə faktı qeydə alınmayıb. Dünən təxminən saat 14 radələrində iki şagird gəlib 30 dönər aldı. Bu, kameralara düşüb. Necə olur, otuz dönər yeyən şagirddən səkkizində zəhərlənmə olub? Məndə olan məlumata görə, şagirdlərin çoxu dönəri aldıqdan sonra gec yeyib. Dönər hazır olandan sonra 30 dəqiqə ərzində yeyilməlidir. Ən azı, iki saatdan sonra yeyiblər. Hətta bir nəfər dönəri qardaşına evə aparıb. Gecikmə olub, dönər vaxtında yeyilməyib", - deyə sahibkar bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası