Ucnoqta.az
www.ucnoqta.az

"Bəzi insanlar fiziki olaraq gedir, amma ..."

13:12 - 10 Dekabr 2025 tarixində dərc olunub.

"Elə insanlar var ki, onlara toxunmaq olmaz, çünki onlar xalqın qəlbində ucaldıqları yerdə toxunulmaz olurlar. Aygün Bəylər də həmin nadir insanlardandır".

Ucnoqta.az xəbər verir ki, bu sözləri Səni axtarıram" verilişinin müəllifi və aparıcısı, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı sosial şəbəkədə yazıb. Mərhum Əməkdar artist Aygün Bəylərin görüntüsünü paylaşan aparıcı bunları əlavə edib:

"Böyük sənətkar, səs, istedad… Ola bilər ki, rəsmi olaraq “Xalq artisti” adını almayıb, amma o, bu adın həqiqi sahibi idi. Səhnəyə çıxdığı ilk gündən... Bu xalqın yaddaşında səsi, sənəti, ləyaqəti ilə əbədi yer aldı. Onun ölümü mənə elə təsir etdi ki, sanki ən yaxınımı itirdim… Bu ağrı daim qəlbimdədir və onun xatirəsi heç vaxt silinməyəcək. Unutmayın, bəzi insanlar fiziki olaraq gedir, amma geridə elə bir iz qoyurlar ki, zaman belə o izi silə bilmir… Aygün Bəylər də məhz o izlərdən biridir".

Qeyd edək ki, Aygün Bəylər uzun sürən xərçəng xəstəliyindən 2024-cü ildə dünyasını dəyişib. 

Müəllif: Ucnoqta.az redaksiyası