Ucnoqta.az
www.ucnoqta.az

ABŞ qırıcıları Venesuela hava məkanında

11:12 - 10 Dekabr 2025 tarixində dərc olunub.

ABŞ F-18 qırıcı təyyarələri Venesuela hava məkanına daxil olub və orada təxminən 40 dəqiqə keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Miami Herald qəzeti "Flightradar"ın məlumatlarına istinadən məlumat verib.

Qırıcı təyyarələrin uçuş marşrutu Venesuelanın enerji sektorunun açarı olan Zuliya və Falkon ştatları arasında olub.

Təyyarələr ölkənin ikinci ən böyük şəhəri olan Marakaibodan 160 kilometrdən az məsafədə və milyardlarla barel neft ehtiyatı olan Marakaibo gölünün üzərindən uçublar.

Nəşr qeyd edir ki, qırıcı təyyarələrin yerləşdiyi hava məkanı strateji əhəmiyyətə malikdir.

Müəllif: Ucnoqta.az redaksiyası