Ucnoqta.az
www.ucnoqta.az

Namizəd Səfərov barəsində cinayət işi başlandı

11:11 - 10 Dekabr 2025 tarixində dərc olunub.

Namizəd Səfərov barəsində 53 min manatlıq dələduzluğa görə cinayət işi başlanıb.

APA-nın əldə etdiyi məlumata görə, özünü vəkil kimi təqdim edən Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir.

O, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırmaqla bu adla külli miqdarda pul almış, lakin verdiyi vədi yerinə yetirmədiyindən vətəndaş polisə müraciət edib.

Qeyd olunan dələduzluq faktı ilə bağlı cinayət işi başlanmış və N. Səfərov şübhəli şəxs qismində tutulub. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası