Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan Prezidentinin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub

15:50 - 9 Dekabr 2025 tarixində dərc olunub.

Dekabrın 9-da Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə təkbətək görüşü olub.

Ucnoqta.az xəbər verir ki, Slovakiyanın Baş naziri dövlətimizin başçısını qarşıladı.

Azərbaycan Prezidenti və Slovakiyanın Baş naziri birgə foto çəkdirdilər.

Müəllif: Ucnoqta.az redaksiyası