Putin Rusiya ehtiyatda olan hərbçilərin hərbi təlimə çağırılması ilə bağlı illik fərman imzalayıb.
Ucnoqta.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin 2026-cı ildə ehtiyatda olan Rusiya vətəndaşlarının hərbi təlimə çağırılması ilə bağlı fərman imzalayıb.
Sənəddə deyilir ki, 2026-cı ildə ehtiyatda olan Rusiya Federasiyası vətəndaşları Rusiya Federasiyası Silahlı Qüvvələrində, Rusiya Federasiyası Milli Qvardiyasının qoşunlarında, Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Fəlakətlərin Yardım Nazirliyinin xilasetmə hərbi hissələrində, dövlət təhlükəsizlik orqanlarında və Federal Təhlükəsizlik Xidmətində hərbi təlimə çağırılırlar.