Ramzan Kadırovun ardınca Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin (Rosqvardiya) rəisi Viktor Zolotov da oğlu Adamı mükafatlandırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çeçenistan liderinin köməkçisi Maqomed Daudov Telegramda məlumat verib.
Daudov bildirib ki, Adam Kadırova Rosqvardiya qoşunlarının fəxri fərmanı təqdim edilib.
Adam Kadırov 18 yaşında artıq Çeçenistanın ən yüksək mükafatını — Kadırov ordenini, Çeçenistan Qəhrəmanı medalını, Qaraçay-Çərkəz və Kabardin-Balkar Respublikasına görə xidmətlərinə görə ordenini, Tatarıstanın ikinci ən yüksək mükafatı olan Duslıq ordenini, Çeçenistan Respublikasının Müdafiəçisi medalını və digər mükafatları almışdı. O, həmçinin Qroznı şəhərinin Fəxri vətəndaşı adına layiq görülmüşdü.