Ucnoqta.az
www.ucnoqta.az

"Real Madrid"in səkkiz oyunluq məğlubiyyətsiz seriyası başa çatdı

08:24 - 8 Dekabr 2025 tarixində dərc olunub.

İspaniya çempionatının 15-ci turunda "Real Madrid" "Selta"ya 2-0 hesabı ilə məğlub olub.

Ucnoqta.az xəbər verir ki, "Selta"nın qələbəsini isveçli hücumçu Villiott Svedberqin (53-cü və 90+3-cü dəqiqələr) dublu təmin edib. Oyun "Santyaqo Bernabeu"da keçirilib.

64-cü dəqiqədə "Real Madrid"in müdafiəçisi Fransisko Qarsiya bir dəqiqə içərisində iki sarı vərəqə alaraq meydandan qovulub.
Əlavə vaxtda "Real Madrid"in oyunçuları Alvaro Karreras və ehtiyat oyunçular skamyasında olan Hendrik idmançıya yaraşmayan hərəkətlərə görə qırmızı vərəqə aldılar, Rodriqo və Federiko Valverde isə xəbərdarlıq olundu.

Bununla da "Real Madrid"in İspaniya liqasında səkkiz oyunluq məğlubiyyətsiz seriyası başa çatdı.
Madrid klubu 16 matçdan 36 xalla turnir cədvəlində ikinci yerdədir. "Selta Viqo" 15 oyundan 19 xalla 10-cu yerdədir.

Müəllif: Ucnoqta.az redaksiyası