Ucnoqta.az
www.ucnoqta.az

Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb

10:01 - 7 Dekabr 2025 tarixində dərc olunub.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə görüşüb.

Ucnoqta.az xəbər verir ki, Hikmət Hacıyev "X" sosial media hesabında paylaşım edib.

“Uğurlu Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası münasibətləri barədə fikir mübadiləsi apardıq və əməkdaşlığımızı daha da genişləndirmək imkanlarını müzakirə etdik”, - deyə Hikmət Hacıyev qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası