Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-nin ən nüfuzlu ailəsinin adı açıqlanıb

09:40 - 7 Dekabr 2025 tarixində dərc olunub.

19-cu əsrin sonlarından bəri Amerika siyasətində iştirak edən Kennedi ailəsi, müasir hadisələrə təsir göstərməyə davam edən ABŞ tarixində ən nüfuzlu klandır.

Ucnoqta.az xəbər verir ki, Rod-Aylend Universitetinin siyasi elmlər professoru və Vaşinqton Sülh və Diplomatiya İnstitutunun baş elmi işçisi Nikolay Petro bu barədə Lenta.ru ilə danışıb.

Tədqiqatçı qeyd edib ki, Kennedi klanı siyasətdə ən böyük iz buraxıb. 

Keçmiş ABŞ prezidenti Con Kennedinin qardaşı oğlu Robert Kennedi Donald Tramp administrasiyasında Səhiyyə və İnsan Xidmətləri katibi vəzifəsində çalışır. Ağ Evin mətbuat katibi Kuş Desainin sözlərinə görə, ABŞ Kennedinin siyasətinin nəticəsi olaraq autizmlə mübarizədə tarixi irəliləyiş əldə edib.

Müəllif: Ucnoqta.az redaksiyası