Ucnoqta.az
www.ucnoqta.az

Paşinyan Azərbaycanla sərhədə gəldi

18:03 - 6 Dekabr 2025 tarixində dərc olunub.

Ermənistanın Baş naziri Nikol Paşinyan və bir qrup vətəndaş Tavuş kəndinə gəlib və Azərbaycanla sərhədin delimitasiya olunmuş hissəsini gəziblər.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Baş nazir bununla bağlı sosial şəbəkədə görüntülər paylaşıb.

"Buraya niyə gəldik? Bu, xüsusi bir şeydir, çünki hökumətimizi istiqamətləndirən təhlükəsizlik konsepsiyasını sizə göstərmək istəyirik", - deyə Ermənistanın Baş naziri sosial mediada paylaşdığı videoda iştirak edənlərə müraciət edərək bildirib.

Sərhədi işarələyən divara işarə edərək, o, divarın Tavuş sakinlərinə rahatlıq vermək üçün tikildiyini və Ermənistan Respublikasına məxsus ərazini simvolizə etdiyini söylədi.

Onun sözlərinə görə, Ermənistan öz ərazi bütövlüyünü tanımaqla Azərbaycanın ərazi bütövlüyünü tanımaqla düzgün iş görüb.

Müəllif: Ucnoqta.az redaksiyası