Ucnoqta.az
www.ucnoqta.az

Səkkiz müharibəyə son qoymuşam və doqquzuncusu da ... - Tramp

21:15 - 5 Dekabr 2025 tarixində dərc olunub.

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həll olunacağına əminliyini bir daha təkrarlayıb.

Ucnoqta.az xəbər verir ki, o, Vaşinqtondakı Con Kennedi adına İfaçılıq Sənəti Mərkəzində keçirilən 2026-cı il FIFA Dünya Kubokunun qrup mərhələsinin püşkatma mərasimində bildirib.

"Mən səkkiz müharibəyə son qoymuşam və doqquzuncusu da yoldadır. Heç kim bunu etməyib" - Ağ Ev rəhbəri deyib.

Müəllif: Ucnoqta.az redaksiyası