Ucnoqta.az
www.ucnoqta.az

Məşhur aktyor vəfat etdi - Foto

08:17 - 5 Dekabr 2025 tarixində dərc olunub.

Məşhur aktyor Keri-Hiroyuki Taqava vəfat edib

Ucnoqta.az xəbər verir ki, 1995-ci ildə çəkilmiş "Mortal Kombat" kult filmində pis sehrbaz Şanq Tsunq rolu ilə tanınan aktyor Keri-Hiroyuki Taqava 75 yaşında vəfat edib.
Aktyor 4 dekabr 2025-ci ildə Santa Barbaradakı evində insultdan sonrakı ağırlaşmalardan dünyasını dəyişib.

Taqava 1950-ci ildə Tokioda anadan olub və ailəsi 1955-ci ildə ABŞ-a köçüb. 

Karyerası ərzində o, film və televiziyada yüzdən çox rol oynayıb.

Müəllif: Ucnoqta.az redaksiyası