Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan Biznesinin İnkişafı Fonduna sədr təyin edildi

12:07 - 4 Dekabr 2025 tarixində dərc olunub.

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinə sədr təyin edilib.

Ucnoqta.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, bu, Ülvi Eldar oğlu Mansurovdur.

O, 1983-cü ildə Bakıda anadan olub, Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr təhsili, 2015-ci ildə isə Böyük Britaniyanın Vorvik Universitetinin Biznes Məktəbində MBA dərəcəsi alıb, 2013-cü ildə Azərbaycanda fəlsəfə doktoru, 2024-cü ildə isə Vorvik Universitetində biznes idarəçiliyi üzrə doktorluq dərəcəsinə yiyələnib.

Ü.Mansurov əmək fəaliyyətinə "Azərbaycan Beynəlxalq Bankı" ASC-də (ABB) başlayıb, 2001-2012-ci illərdə ABB-də müxtəlif vəzifələrdə çalışıb, 2012-ci ildə "Bank Technique" ASC-nin İdarə Heyətinin (İH) sədri, 2015-ci ildə isə ABB-nin İH sədrinin müavini vəzifəsinə təyin olunub.

O, 2017-ci ildən "Azərpoçt" MMC-nin baş direktoru, 2018-ci ildən Vergilər Nazirliyinin İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamentinin baş direktoru, 2020-ci ildən bu təyinata qədər isə "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru vəzifələrində çalışıb.

Müəllif: Ucnoqta.az redaksiyası