Ucnoqta.az
www.ucnoqta.az

Avtomobili səkidə saxladı: sakinlərin narazılığına səbəb oldu FOTO

09:00 - 4 Dekabr 2025 tarixində dərc olunub.

Xırdalan şəhərində bir sakinin çəkib təqdim etdiyi görüntülər müzakirəyə səbəb olub.

Ucnoqta.az xəbər verir ki, Kristal Abşeron-1 yaşayış kompleksinin həyətində 77-SA-853 qeydiyyat nişanlı “Changan” markalı avtomobil birbaşa səkidə saxlanılaraq piyada hərəkəti tam bağlanıb.

Şikayət edən sakin bildirib ki, piyadalar məcburən avtomobillərin hərəkəti üçün nəzərdə tutulan yola çıxmalı olur. Onun sözlərinə görə, bu vəziyyət xüsusilə uşaqlar və yaşlılar üçün ciddi təhlükə yaradır.

Həyətdə park yeri kifayət qədər olsa da, bəzi sürücülər asanlıq naminə səkiləri seçir. Bu isə qayda pozuntusu olmaqla yanaşı, insanların təhlükəsizliyinə biganə münasibət kimi qiymətləndirilir.

Qanunvericiliyə əsasən, səkilərin avtomobillər tərəfindən zəbt edilməsi inzibati məsuliyyət yaradır. Sakinlər müvafiq qurumlardan sürücünün cəzalandırılmasını istəyir.

Müəllif: Ucnoqta.az redaksiyası