Ucnoqta.az
www.ucnoqta.az

AK Rusiyanı çirkli pulların yuyulması riskli ölkələr siyahısına əlavə edib

00:13 - 4 Dekabr 2025 tarixində dərc olunub.

Avropa Komissiyası (AK) Rusiyanı çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi riski daha yüksək olan üçüncü ölkələr siyahısına əlavə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə AK-nın mətbuat xidməti məlumat verib.

"Komissiya Rusiyanı çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə (ÇPM/TƏM) üzrə milli çərçivələrində strateji çatışmazlıqları olan yüksək riskli ölkələr siyahısına əlavə etməklə AB maliyyə sisteminin bütövlüyünü qorumaq üçün addımlar atır" - açıqlamada deyilir.

Qaydalar Avropa Parlamenti və Şura tərəfindən bir ay ərzində nəzərdən keçirildikdən sonra qüvvəyə minəcək.

Müəllif: Ucnoqta.az redaksiyası