Ucnoqta.az
www.ucnoqta.az

Heqset Putin, Tramp və Zelenskinin şam yeməyində görüşməsini istəyir

08:47 - 3 Dekabr 2025 tarixində dərc olunub.

ABŞ müdafiə naziri Pit Heqset Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenskinin iştirak etdiyi şam yeməyini görmək istəyir.

Ucnoqta.az xəbər verir ki, Pentaqon rəhbəri bu barədə jurnalist Keti Millerə verdiyi müsahibədə danışıb.

Şam yeməyində hansı üç nəfərin olmasını istədiyi soruşulduqda, Heqset cavab verib: "Hazırda düşünürəm ki, bunlar Prezident Tramp, Vladimir Putin və Zelenski olacaq".

"Bu, sülh üçün şam yeməyi olardı", əlavə edib.

Bu şam yeməyində nə veriləcəyi barədə danışan Heqset: "Bifşteks" deyib. "Prezidentlər nə istəsələr," o, aydınlıq gətirib.

Müəllif: Ucnoqta.az redaksiyası