Ucnoqta.az
www.ucnoqta.az

Lula da Silva ABŞ tariflərinin tamamilə ləğvini istəyir

22:40 - 2 Dekabr 2025 tarixində dərc olunub.

Braziliya və ABŞ prezidentləri Lula da Silva və Donald Tramp telefon danışığı aparıblar.

Ucnoqta.az xəbər verir ki, Braziliya lideri qalan ABŞ tariflərinin qaldırılması ilə bağlı danışıqları davam etdirmək istəyini bildirib.

İki lider həmçinin regionda təhlükəsizlik əməkdaşlığını müzakirə ediblər.

"Prezident Lula da Silva beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə ABŞ ilə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb", - deyə mətbuat açıqlamasında qeyd olunub.
"Tramp Braziliya ilə əməkdaşlığa tam hazır olduğunu bildirib və iki ölkənin [beynəlxalq] cinayətkar təşkilatlara qarşı birgə təşəbbüslərini tam dəstəkləyəcəyini bildirib."

Müəllif: Ucnoqta.az redaksiyası