Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb.
Ucnoqta.az xəbər verir ki, yanğın rayonda bataqlıq ərazisində yerləşən ovçuluq təsərrüfatında, quru ot və qamışlıq sahəsində qeydə alınıb.
Hadisə yerinə Cəlilabad Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Hazırda yanğının ətraf ərazilərə yayılmaması və lokallaşdırılması istiqamətində operativ tədbirlər görülür.
Yanğının səbəbləri araşdırılır.