Ucnoqta.az
www.ucnoqta.az

Məşhur hipermarket şəbəkəsi Tramp administrasiyasını məhkəməyə verir

13:47 - 2 Dekabr 2025 tarixində dərc olunub.

Dünyanın ən böyük Amerika topdansatış hipermarket şəbəkəsi olan "Costco Wholesale" ABŞ Prezidenti Donald Trampın administrasiyasına qarşı iddia qaldıraraq, ABŞ tərəfindən tətbiq edilən ticarət tariflərinin xərclərinin tam geri qaytarılmasını tələb edib.

Ucnoqta.az xəbər verir ki, NBC-nin məlumatına görə, iddia ABŞ Beynəlxalq Ticarət Məhkəməsinə göndərilib.

Şirkət Tramp administrasiyasının müxtəlif ölkələrə tarif tətbiq etmək qərarı ilə əlaqədar ödədiyi pulun "tam geri qaytarılmasını" istəyir.

NBC qeyd edir ki, Revlon, EssilorLuxottica, Bumble Bee Foods, Kawasaki Motors və Yokohama Tire də ABŞ Beynəlxalq Ticarət Məhkəməsində oxşar iddialar qaldırıblar.

Müəllif: Ucnoqta.az redaksiyası