Ucnoqta.az
www.ucnoqta.az

Uitkoffun təyyarəsi Moskvaya uçur

08:25 - 2 Dekabr 2025 tarixində dərc olunub.

ABŞ prezidentinin elçisi Stiv Uitkoffun olduğu güman edilən təyyarə ABŞ hava məkanını tərk edərək Rusiyaya doğru yola düşüb.

Ucnoqta.az xəbər verir ki, hava nəqliyyatı dispetçerləri arasında olan mənbə TASS-a bildirib.

O qeyd edib ki, təyyarə UTC vaxtı ilə təxminən gecə saat 1:00 radələrində Florida hava limanından yola düşüb.

Rusiya prezidenti Vladimir Putin Uitkoffla dekabrın 2-də görüşəcək.

Müəllif: Ucnoqta.az redaksiyası