Ucnoqta.az
www.ucnoqta.az

Daha bir avtobusda gediş haqqı artdı

00:44 - 2 Dekabr 2025 tarixində dərc olunub.

Bakının Badamdar qəsəbəsini Əhməd Cavad (Nizami Bağı) küçəsi ilə əlaqələndirən 31 nömrəli marşrutda istismar olunan bütün avtobuslar yenilənir.

Ucnoqta.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Məlumata əsasən, marşrut üzrə fəaliyyət göstərən avtobusların mərhələli qaydada müasir nəqliyyat vasitələri ilə əvəzlənməsi həyata keçirilib. Belə ki, 4 komfortlu və irututumlu avtobusa daha 6-sı əlavə olunaraq xətt üzrə 10 müasir 2025-ci il Çin istehsalı olan "Yutong" markalı avtobus sərnişinlərə xidmət göstərəcək.

Dekabrın 2-dən fəaliyyətə başlayacaq avtobuslar ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Avtobuslarda gediş haqqı 0,60 manat təşkil edəcək, ödənişlər nağdsız qaydada həyata keçiriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası