Kral III Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzor amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələri ətrafındakı qalmaqal səbəbindən rəsmi olaraq son kral titullarından məhrum edildi.
Ucnoqta.az xəbər verir ki, bu barədə rəsmi hökumət nəşri olan The Gazette-də bildiriş dərc edilib.
Qarter Ordeni Birləşmiş Krallıqda ən yüksək cəngavərlik ordenidir və dünyanın ən qədim ordenlərindən biridir.
Bundan əlavə, Əlahəzrət qardaşının 19 fevral 2011-ci il tarixli Kral Viktoriya Ordeninin Cəngavəri təyinatının ləğv edilməsini və adının həmin ordenin reyestrindən çıxarılmasını əmr edib.
Əvvəlki kimi, bu ordenə üzvlük monarx tərəfindən suverenə və ya kral ailəsinin üzvünə göstərilən xidmətlərə görə şəxsən verilir.