Ucnoqta.az
www.ucnoqta.az

Tramp Netanyahunu Ağ Evə dəvət etdi

22:04 - 1 Dekabr 2025 tarixində dərc olunub.

Telefon danışığı zamanı ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahunu "yaxın gələcəkdə" Ağ Evdə görüşə dəvət edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi bu barədə məlumat yayıb.

Ofis bildirib ki, söhbət zamanı iki lider HƏMAS-ın tərksilah edilməsi və Qəzza zolağının silahsızlaşdırılmasının vacibliyini və öhdəliyini vurğulayıblar.

Baş nazirin ofisi əlavə edib ki, onlar həmçinin region ölkələri ilə "sülh sazişlərinin genişləndirilməsini müzakirə ediblər".

Müəllif: Ucnoqta.az redaksiyası