Sərhəd vəziyyətini həll etmək üçün Pakistan və Əfqanıstan rəsmiləri arasında son danışıqlar yenə də nəticə verməyib.
Ucnoqta.az bildirir ki, bu barədə Dawn mənbələrə istinadən məlumat verib.
Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə 30 noyabrda Ər-Riyadda keçirilən Pakistan və Əfqanıstan arasında qapalı danışıqlar iki ölkə arasında münasibətlərin normallaşdırılmasında irəliləyiş əldə edə bilmədi.
İslabad və Kabil heç bir çeviklik göstərmədilər və sərhədyanı terrorizm probleminin həllində güzəştə getməkdən imtina etdilər.
Qəzet qeyd edir ki, danışıqlar zamanı Pakistan Səudiyyə Ərəbistanının Əfqanıstanla sərhəd ticarətini bərpa etmək təklifini rədd etdi.
Əfqanıstanla ticarət əlaqələrinin gələcək perspektivləri ilə bağlı Pakistanın mövqeyini izah edən Baş nazirin müavini və xarici işlər naziri İshaq Dar bildirib ki, İslamabad tezliklə bu ölkəyə vacib qida məhsullarının tədarükünə icazə verə bilər, lakin bu, yalnız BMT-nin tələbi ilə mümkündür. Onun sözlərinə görə, "İslabadın Əfqanıstana humanitar yardım göstərməyə müsbət yanaşmasına baxmayaraq, Kabil Əfqanıstan ərazisində fəaliyyət göstərən və Pakistana hücumlar həyata keçirən terrorçulara qarşı heç bir tədbir görmür".