Yeni Suriya hökumətinin təhlükəsizlik qüvvələri ölkənin şimal-qərbindəki İdlib əyalətində iki əməliyyat keçirib və nəticədə İŞİD terror qruplaşmasının qruplaşmaları məhv edilib.
Ucnoqta.az xəbər verir ki, Suriya TV bu barədə əyalət Daxili Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.
Kanalın məlumatına görə, əməliyyatlar zamanı iki terrorçu zərərsizləşdirilib, daha doqquz yaraqlı saxlanılıb. Onlarda odlu silahlar, sursat və əldəqayırma partlayıcı qurğular tapılıb.