Ucnoqta.az
www.ucnoqta.az

Tramp cinayətkar immiqrantların ABŞ vətəndaşlığını ləğv etməklə hədələdi

12:31 - 1 Dekabr 2025 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Tramp cinayət törətməkdə məhkum edilmiş immiqrantların ABŞ vətəndaşlığını ləğv etməklə hədələyir.

Ucnoqta.az xəbər verir ki, o, bunu Floridadan Vaşinqtona gedərkən Air Force One təyyarəsində jurnalistlərə bildirib.

"Əgər cinayətkarlar ölkəmizə gəlsəydilər və Bayden və ya nə etdiklərini bilməyən hər hansı bir şəxs tərəfindən vətəndaşlıq alsaydılar, onda mənim səlahiyyətim olsaydı, onların vətəndaşlığını mütləq ləğv edərdim", - Tramp deyib.

Müəllif: Ucnoqta.az redaksiyası