Ucnoqta.az
www.ucnoqta.az

Bakıda içməli su küçəyə axıdılır - VİDEO

08:29 - 1 Dekabr 2025 tarixində dərc olunub.

Sakinlər içməli su ilə bağlı narazılıq edirlər... Amma, bu dəfə şikayət suyun yoxluğundan yox, günlərdir küçəyə axmasındandır...

Ucnoqta.az xəbər verir ki, paytaxtın Xətai rayonu, Zığ qəsəbəsi, Elvin Şükürlü küçəsində sakinləri "Xəzər Xəbər"ə müraciət ediblər.

Sakinlər deyirlər ki, bu küçədə həmişə borular partlayır. Ən pisi də odur ki, su evlərin altına dolur.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, sorğumuzdan sonra, qeyd olunan ünvandakı qəza ilə bağlı məsələ Xətai Sukanal İdarəsinə yönləndirilib, əməkdaşlar əraziyə baxış keçirib. Qısa zamanda problem öz həllini tapacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik. 

Müəllif: Ucnoqta.az redaksiyası