Ucnoqta.az
www.ucnoqta.az

Tramp ABŞ-a immiqrasiyanı qadağan edir

08:45 - 28 Noyabr 2025 tarixində dərc olunub.

ABŞ Prezidenti Donald Tramp üçüncü dünya ölkələrindən ABŞ-a immiqrasiyanı qeyri-müəyyən müddətə dayandıracağını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə "Truth Social"da yazıb.

"ABŞ sisteminin tam bərpa olunmasına imkan vermək üçün bütün üçüncü dünya ölkələrindən immiqrasiyanı dayandıracağam, Bayden tərəfindən verilmiş milyonlarla qanunsuz giriş icazəsini, o cümlədən yuxulu Co Baydenin imzası ilə imzalanmış icazələri ləğv edəcəyəm və ABŞ-a xalis mənfəət gətirməyən və ya ölkəmizi sevə bilməyən hər kəsi ölkədən çıxaracağam, ölkəmizin vətəndaşı olmayanlar üçün bütün federal müavinətləri və subsidiyaları ləğv edəcəyəm, daxili asayişi pozan miqrantların vətəndaşlığını ləğv edəcəyəm və ictimai yük, təhlükəsizlik təhdidi və ya Qərb sivilizasiyası ilə uyğun olmayan bütün xarici vətəndaşları deportasiya edəcəyəm", - deyə o bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası