Ucnoqta.az
www.ucnoqta.az

Naxçıvanda qumbara və top mərmisi tapılıb

11:37 - 27 Noyabr 2025 tarixində dərc olunub.

Naxçıvanda silah-sursat aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda Kəngərli və Ordubad rayonları ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub.

Məlumatlarla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd RQD-5 əl qumbarası və 1 ədəd UZRQ partladıcısı, 1 ədəd 85 mm-lik BR-365 top mərmisi olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb.

Müəllif: Ucnoqta.az redaksiyası