Ucnoqta.az
www.ucnoqta.az

Ağ Evin yanında iki nəfəri öldürən şəxs 2025-ci ildə sığınacaq alıb

10:33 - 27 Noyabr 2025 tarixində dərc olunub.

Ağ Evin yaxınlığında atəş açan və iki Milli Qvardiya əsgərini yaralayan şəxs, Donald Tramp yenidən prezident seçildikdən sonra, 2025-ci ildə ABŞ-da sığınacaq alıb.

Ucnoqta.az bildirir ki, CNN bu barədə məlumat verib.

Agentliyin məlumatına görə, şübhəli 2024-cü ildə sığınacaq üçün müraciət edib və 2025-ci ilin aprelində təsdiqlənib.

Daha əvvəl ABŞ Daxili Təhlükəsizlik Katibi Kristi Noem şübhəlinin 2021-ci ildə Əfqanıstandan ölkəyə Amerika qoşunlarının ölkədən çıxarılmasından sonra ABŞ müttəfiqlərini qarşılamaq proqramının bir hissəsi olaraq gəldiyini bildirmişdi.

26 noyabrda naməlum silahlı şəxs Vaşinqtonun mərkəzindəki Admiral Devid Farraqut Parkının yaxınlığında Milli Qvardiya əsgərlərinə atəş açıb. Nəticədə iki hərbiçi həlak olub.

Müəllif: Ucnoqta.az redaksiyası