Ucnoqta.az
www.ucnoqta.az

“Qarabağ” Çempionlar Liqasında gerilədi

09:27 - 27 Noyabr 2025 tarixində dərc olunub.

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci turuna yekun vurulub.

Ucnoqta.az xəbər verir ki, səfərdə "Napoli"yə 0:2 hesabı ilə uduzan Azərbaycan çempionu “Qarabağ” sıralamada 7 xalla 19-cu olub. 

Hazırda turnirə liderliyi "Arsenal" (15 xal) edir. 

Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanacaqlar. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vuracaqlar.

"Qarabağ" növbəti matçını dekabrın 10-da, Tofiq Bəhramov adına Respublika Stadionunda "Ayaks"a qarşı keçirəcək. 

Müəllif: Ucnoqta.az redaksiyası