Ucnoqta.az
www.ucnoqta.az

Sabirabadda məktəb direktoru İŞDƏN ÇIXARILDI

13:55 - 26 Noyabr 2025 tarixində dərc olunub.

Mil-Muğan Regional Təhsil İdarəsi tabeliyində olan Sabirabad rayonu Ə.Şərbətov adına Çiçəkli kənd tam orta məktəbində monitorinq aparıb. 

Ucnoqta.az xəbər verir ki, monitorinq zamanı məktəbin direktoru Bayram Qasımovun fəaliyyətində bir sıra nöqsanlar aşkar edilib. Bu səbəbdən direktorun işdən çıxarılması ilə bağlı müvafiq əmr imzalanıb. 

Qeyd edək ki, bundan əvvəl V.Həsənov adına Muğangəncəli kənd tam orta məktəbinin direktoru Afiq Quliyevin də işdən çıxarılıb. ///unikal

Müəllif: Ucnoqta.az redaksiyası