Ucnoqta.az
www.ucnoqta.az

Marketdə bıçaqla quldurluq edən şəxs saxlanıldı - Video

12:52 - 26 Noyabr 2025 tarixində dərc olunub.

Paytaxtın Binəqədi rayonunda yerləşən marketlərin birində quldurluq hadisəsi baş verib.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlkumata görə, naməlum şəxslər gecə saatlarında orada çalışan satıcını kəsici-deşici alətlə hədələyərək tütün və kosmetik məhsulları talayıblar.

Bu barədə zərərçəkən tərəf polisə məlumat verib.

Binəqədi Rayon Polis İdarəsinin-nin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxslər - 40 yaşlı Elnur Qələndərov, 32 yaşlı Mühəmməd Rəhimov və 30 yaşlı Ağaxan Xankişiyev müəyyən olunaraq saxlanılıblar.

Həmin şəxslərin marketə gəliş-gedişi, tütün və kosmetik məhsulları talaması təhlükəsizlik kameraları vasitəsilə də görüntülənib.

Faktla bağlı araşdırmalar davam edir.

Müəllif: Ucnoqta.az redaksiyası