Ucnoqta.az
www.ucnoqta.az

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

18:13 - 25 Noyabr 2025 tarixində dərc olunub.

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

Bu barədə Ucnoqta.az-a AFFA-dan məlumat verilib.

Bildirilib ki, O, UEFA Gənclər Liqasının Liqa mərhələsinin III turu çərçivəsində noyabrın 26-da keçiriləcək “Srvena Zvezda” (Serbiya) – “Jilina” (Slovakiya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Belqraddakı “Rayko Mitiç” stadionunda təşkil olunacaq.

Müəllif: Ucnoqta.az redaksiyası