Ucnoqta.az
www.ucnoqta.az

Köç karvanı Xocalının Təzəbinə kəndində çatdı

14:26 - 25 Noyabr 2025 tarixində dərc olunub.

Noyabrın 25-də Xocalı rayonunun Təzəbinə kəndinə növbəti köç olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ümumilikdə 66 nəfərdən ibarət 16 ailə yenidən bərpa edilən evlərə yerləşdirilib.

Sakinlər doğma yurdunda qarşılandıqdan sonra, onlara açarları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev təqdim edib. O, sakinləri təbrik edərək, onların yeni evlərdə sağlam, xoşbəxt və təhlükəsiz yaşamalarını arzulayıb.M. Əfəndiyev çıxışında qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və tikinti işləri uğurla davam etdirilir. Bu işlər həm regionda həyatın normallaşmasına, həm də sakinlərin öz doğma torpaqlarına geri dönməsinə xidmət edir.
Yeni məskunlaşan ailələr təhvil verilən evlərin bütün şəraitlə təmin olunduğunu bildirərək, göstərilən diqqət və qayğıya görə təşəkkürlərini çatdırıblar.

Müəllif: Ucnoqta.az redaksiyası