Ucnoqta.az
www.ucnoqta.az

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir - 37 minə yaxın ...

12:38 - 25 Noyabr 2025 tarixində dərc olunub.

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir.

Bu barədə Ucnoqta.az-a MÜTDA məlumat verib.

Bildirilib ki, oktyabr ayının 14-dən etibarən 2025-2026-cı tədris ilinin I yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını və I–XI sinifləri əhatə edir.

Qeyd olun ub ki, bu günə qədər 47000-dən çox müraciət portala daxil edilib, onlardan 37000-ə yaxın şagirdin yerdəyişməsi uğurla tamamlanıb.

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.

Müəllif: Ucnoqta.az redaksiyası