Ucnoqta.az
www.ucnoqta.az

Polisdən böyük əməliyyat: 257 nəfər saxlanıldı

10:10 - 25 Noyabr 2025 tarixində dərc olunub.

Noyabrın 24-də ölkə ərazisində qeydə alınan 17, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 257, o cümlədən borclu şəxs qismində axtarışda olan 232 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası