Ucnoqta.az
www.ucnoqta.az

200 mindən çox ev daşqınlar altında qalıb - 91 nəfər ölüb

08:48 - 25 Noyabr 2025 tarixində dərc olunub.

16 noyabrdan bəri Mərkəzi Vyetnamda davam edən leysan yağışlar və şiddətli daşqınlar 91 nəfərin həyatına son qoyub, 11 nəfər itkin düşüb.

Ucnoqta.az xəbər verir ki, bu məlumatlar Vyetnam Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyinin Bəndlərin İdarə Edilməsi və Fəlakətlərin Qarşısının Alınması Departamenti tərəfindən açıqlanıb.

Departamentin məlumatına görə, ən çox zərər çəkən əyalət Dak Lakdır, burada 63 nəfər ölüb, səkkiz nəfər isə hələ də itkin düşüb.
Həmçinin, Xan Hoa, Gia Lai və Lam Dong əyalətlərində fəlakət nəticəsində 1100-dən çox ev və inzibati bina dağılıb və ya zədələnib, 201.000-dən çox ev isə daşqınlar nəticəsində su altında qalıb.

Müəllif: Ucnoqta.az redaksiyası